15 sentyabr 2020, 15:00
Saida Mustafayevadan, Kempten, Almaniya
Möhtərəm cənab Prezident.
Mən bu məktubu Sizə Almaniyadan yazıram. İlk növbədə, onu deyim ki, Vətənim üçün çox darıxmışam. Qürbət ölkədə yaşasaq da, Vətənimizin hər biri uğuru bizi qürurlandırır, problemi isə dərindən düşündürür. Xüsusilə Dağlıq Qarabağ məsələsi hər birimizin yaralı yeridir. Sizin və ailənizin xoşməramlı və humanist addımları, Mehriban xanımın gözəl və geniş ürəyi bizi hər zaman sevindirib.
Ölkəmizin inkişafını gözü götürməyənlər də var. Biz də bunu görür və həmin qüvvələrə qarşı mübarizəmizi aparır, onlara layiqli cavablar veririk. əmin olun ki, Sizin üçün, türk dünyası üçün hər zaman dua edirik. Allaha əmanət olasınız.
Hörmətlə,
Mustafayeva Saida Nürəddin qızı.
Almaniya Federativ Respublikası, Kempten şəhəri.