10 sentyabr 2020, 11:00

Maarif Nəsibovdan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Tovuz rayonunun düşmənlə həmsərhəd Əsrik Cırdaxan kəndində yaşayıram. Bu ilin iyul ayında cəbhə xəttində baş verən hadisələr zamanı düşmən tərəfindən kəndimizə mərmilər atılmasına baxmayaraq, bir nəfər də kəndi tərk etmədi. İnanırıq ki, Sizin rəhbərliyinizlə və türkiyəli qardaşlarımızın köməyi ilə haqq uğrunda savaşda biz qalib gələcəyik. Bu qardaşlığı, birliyi özündə təcəssüm etdirən şeirimi Sizə təqdim edirəm.

Azərbaycan-Türkiyə

Bir sinədə iki ürək

Azərbaycan-Türkiyə.

Bir cüt gözü qoşa görək

Azərbaycan-Türkiyə.

Bir qisməti iki bölək,

Bir yaşayaq, bir də ölək,

Bir arzudur, iki dilək

Azərbaycan-Türkiyə.

Bir millətin övladıdır

Ərdoğanı, İlhamıdır.

Bir cüt qartal qanadıdır

Azərbaycan-Türkiyə.

İki qardaş bir olacaq

Bu dünyaya səs salacaq.

Ay Maarif, zəfər çalacaq

Azərbaycan-Türkiyə.

Hörmətlə,

Nəsibov Maarif Həsən oğlu

Azərbaycan Respublikası, Tovuz rayonu, Əsrik Cırdaxan kəndi.