İsmayıl Tufandən, Antalya, Türkiyə
Hörmətli cənab Prezident.
2014-ci ildə Akdəniz Universitetində qurulan və qısa müddətdə Türkiyənin digər universitetlərinə yayılan bir layihənin - 60+ Yenilənmə Universitetinin Türkiyədəki 38 min tələbəsi adından Sizə bu məktubu yazıram.
Qardaş Azərbaycanın Tovuz rayonuna edilən xain erməni hücumunu nifrətlə qınayıram. Şəhid olan hərbçilərə Allahdan rəhmət diləyirəm.
Zati-alinizə bildirmək istəyirəm ki, universitetimizin tələbələri və biz müəllimlər qardaş Azərbaycanın müdafiəsi üçün əmrinizlə əsgər olmağa hazırıq. Sizə ehtiramımı və ən dərin hörmətimi çatdırıram.
Hörmətlə,
İsmayıl Tufan
Akdəniz Universitetinin Tibb elmləri fakültəsinin Herontologiya bölməsinin rəhbəri, 60+ Yenilənmə Universitetinin qurucu rəhbəri
Türkiyə Respublikası, Antalya şəhəri.