03 sentyabr 2020, 17:00

Elşən Musayevdən, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu kiçik məktubda Sizə təşəkkür və minnətdarlıq etməyi özümə borc bilirəm. Respublikaya rəhbərlik etdiyiniz dövrdən bu günə kimi Sizin apardığınız siyasəti yaxından izləyirik. Ölkəmizin və Biləsuvarımızın gündən-günə çiçəklənib inkişaf etdiyinin şahidiyik. Azərbaycan doğrudan da dünyaya günəş kimi doğmuşdur. Əlbəttə, bu uğurlar Sizin səylərinizin və zəhmətinizin nəticəsidir.

Dünyanı bürümüş COVID-19 pandemiyasi dövründə də Siz həmişəki kimi xalqın yanında oldunuz. Bizi və övladlarımızı qorumaq üçün saysız tədbirlər həyata keçirdiniz. Biləsuvar ictimaiyyəti olaraq Sizə minnətdarıq. Qanunlarımızı pozanlara qarşı qətiyyətiniz bizdə qürur hissi yaradır. Biz bütün hallarda Sizin yanınızdayıq. Sizə yeni uğurlar, cansağlığı arzulayıram.

HörmətIə,

Musayev Elşən Sərdar oğlu

Azərbaycan Respublikası, Biləsuvar rayonu.