Mübariz Xəlilov və başqalarından, Hacıqabul, Azərbaycan
Hörmətli cənab Prezident.
Son dövrlərdə respublikamızda Sizin rəhbərliyinizlər böyük islahatlar gedir. Gənc kadrların irəli çəkilməsi, korrupsiyaya qarşı məqsədyönlü mübarizə cəmiyyətdə qətiyyətlə bəyənilir və müdafiə olunur. Dünyanı ağuşuna alan koronavirus pandemiyasından az ziyanla çıxmaq üçün görülən qabaqlayıcı tədbirlər hamının ürəyindən xəbər verir. İyul ayının 12-də cəbhənin Tovuz rayonu istiqamətində erməni təxribatının qarşısının uğurla alınması, düşmənə layiqincə cavab verilməsi güclü ordu quruculuğunun parlaq nümunəsidir. Bütün xalqımız Sizi və ordumuzu bir nəfər kimi dəstəklədi və hər zaman dəstəkləyir.
Hörmətli cənab Prezident, Hacıqabul ağsaqqalları və ziyalıları da Sizin məqsədyönlü strategiyanızı və siyasətinizi bəyənir və müdafiə edirlər. Biz hər zaman Sizinləyik.
Böyük inam və hörmətlə,
Mübariz Xəlilov - “Yurd yeri” İctimai Birliyinin sədri, “Mədəni irs” qəzetinin təsisçisi
Əlihəsən Əlihəsənov - Hacıqabul Rayon Ağsaqqallar Şurasının sədri
Bəylər Qarayev - Çernobıl Əlilləri Cəmiyyətinin Hacıqabul rayon şöbəsinin sədri
İntiqam Abdulov - “Qarabağ qaziləri” İctimai Birliyinin Hacıqabul rayon şöbəsinin sədri
Sahib Almazov
Azərbaycan Respublikası, Hacıqabul şəhəri.