03 avqust 2020, 13:15

Seyid Saray Əlizadədən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Mənim 12 yaşım var. Əslən Ağdam rayonundanam. Hazırda ailəmlə birlikdə Mingəçevir şəhərində yaşayıram.

Mən və ailəm daim Sizi dəstəkləyirik. Biz bilirik ki, Sizin sayənizdə Ağdama, Şuşaya qayıdacağıq. Mənim yaşıdlarım da bu arzu ilə böyüyür və bu yolda bütün qərarlarınızı bəyənirik.

Allah hər zaman Azərbaycanımızı qorusun. Ağdamın və işğal altında olan digər torpaqlarımızın qaytarılacağına əminik. Siz və ordumuz buna qadirdir.

Hörmətlə,

Əlizadə Seyid Saray

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.