28 dekabr 2011, 13:20

Ağdam rayon sakinlərindən, Ağdam, Azərbaycan

Möhtərəm Prezident!

Ad gününüzü Qarabağda məcburi köçkünlərlə birlikdə keçirməyinizi televiziyada izlədik və çox sevindik. Bu bölgəyə səfəriniz Sizin xalqa nə qədər yaxından bağlı olduğunuzu bir daha sübut etdi. Biz də 50 illik yubileyiniz münasibətilə çoxsaylı təbriklərə qoşulur və Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xalqımızın, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Ağdam rayon sakinləri və ictimaiyyəti adından Məcnun Quliyev, Həmzə Niftəliyev,
İlham Xəlilov, Aidə Talıbova, Elmira Mirzəliyeva,
Saleh Zülfüqarov, Esmira Bayramova,
Ələkbər Ələkbərov, Nazim İsmayılov,
Habil Əliyev, Rüxsarə Əliyeva və başqaları

Azərbaycan Respublikası, Ağdam rayonu.