31 iyul 2020, 10:00

Əfsəl Mürsəlovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Tovuz istiqamətində erməni qüvvələrinin təxribatından hiddətləndim. Sizin ordumuzun güclənməsi üçün illərlə çəkdiyiniz əziyyət bu günlər bəhrə verdi. Düşmən gözləmədiyi cavabı aldı və geri çəkildi.

Bütün Azərbaycan Sizinlə, ordumuzla qürur duydu. Sizə dəstək bildirmək üçün küçəyə çıxan insanlar arasında çaxnaşma yaratmaq istəyənlər yenə də istədiklərinə nail ola bilmədilər.

Xalq ağı qaradan seçir, Azərbaycanın müstəqilliyinə xələl gətirən təxribatçıları qınayır, xalqa qəlbən bağlı olan Lideri - Sizi dəstəkləyir.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Mürsəlov Əfsəl Veysəl oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Şahağac kəndi.