30 iyul 2020, 10:55

Flora Xəlilovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Milli Mətbuatının 145 illiyi ilə bağlı imzaladığınız sərəncamlara görə Sizə təşəkkür edirəm. Məni Prezidentin fərdi təqaüdünə layiq gördüyünüz üçün minnətdarlığımı bildirirəm. Qəlb sevindirmək, zəhməti dəyərləndirmək, həm də insanda yaşamaq-yaratmaq eşqini artırmaq deməkdir. Əslində bu xoş niyyət dahi lider Heydər Əliyevdən gələn bir məziyyətdir. Nə gözəl ki, bu ənənəni ləyaqətlə davam etdirirsiniz. Uca Allah Sizə çətin və şərəfli fəaliyyətinizdə, mübarizənizdə kömək olsun. Bir ana, bir qələm sahibi kimi arzum budur ki, üçrəngli bayrağımız işğaldan azad ediləcək doğma torpaqlarda dalğalansın. O şərəfli gündən, dövlətimizin zəfərindən, millətimizin qələbə yürüşündən yazmaq, bu tarixi anlara şahidlik etmək mənə də qismət olsun. Ailəmiz adından bir daha Sizə ehtiramımı və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Flora Xəlilova ( Xəlilzadə)

Əməkdar jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri.