29 iyul 2020, 16:15

Vüsal Baloğlanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi gənclər siyasəti biz gənclərdə böyük ruh yüksəkliyinin artmasına, işıqlı gələcəyə inamla baxmağımıza səbəbdir.

Heç şübhəniz olmasın ki, biz gənclər daim Sizinləyik. Xalqın mənfəətini daim üstün tutan Prezidentimizin arxasında biz gənclər durmuşuq.

Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsiyəm. Azərbaycan-Ermənistan dövlət sərhədinin rayonu Tovuz istiqamətində gedən döyüşlərdə ordumuzun göstərdiyi şücaətə, Sizin ordumuza verdiyiniz dəstəyə, gənclərə olan inamınıza görə minnətdarlıq bildiririk.

Biz gənclər hər zaman Sizin ətrafınızda sıx birləşərək doğma torpaqlarımızı qorumağa hazırıq.

Hörmətlə,

Baloğlanov Vüsal Elşən oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.