27 iyul 2020, 15:00

Balaxan Səfərovdan, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Azərbaycanımızın alternativsiz Liderisiniz. Mən də bütün Azərbaycan xalqı kimi Sizinlə fəxr edir, qürur duyuram.

Sizi ingilis dilində səlis çıxışınızla, tutarlı faktlarla həqiqəti bir daha dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, erməni liderinin miskinliyini göstərdiniz. Bu çıxışlar mənə işıqlı sabahlara ümid yaratdı.

Mənim 80 yaşım var. 2 övladımdan biri Qarabağ müharibəsinin veteranıdır. Bu gün övladlarım cəbhə bölgəsinə getməyə, Vətəni müdafiə etməyə hazırdır.

Cənab Prezident, müqəddəs işinizdə Sizə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Səfərov Balaxan Mirzəxan oğlu

Azərbaycan Respublikası, Yardımlı rayonu.