25 iyul 2020, 11:45
Süleyman Məhərrəmovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı. Şəhid versək də, onların qanı yerdə qalmadı, qisasları alındı. Bu hadisələr ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiq etdi.
Cənab Prezident, mən Sizə Qarabağ qazisi kimi müraciət edərək, hər zaman Sizin əmrinizlə döyüşə qatılmağa, lazım gəlsə Vətən yolunda canımı fəda etməyə hazır olduğumu bildirirəm.
Sizin yürütdüyünüz siyasəti dəstəkləyirəm, bütün əmrlərinizin arxasınca getməyə hazıram.
Hörmətlə,
Məhərrəmov Süleyman Nəsib oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.