25 iyul 2020, 11:30

Leyla Tarıverdiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu il Milli Mətbuat Günü mənim üçün ikiqat bayrama çevrildi. Mənə Azərbaycanın Əməkdar jurnalisti adı verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu, əməyimə verilən ən yüksək dəyər və mənim üçün böyük şərəfdir. Dövlət Sizin simanızda jurnalistləri daim dəstəkləyib və dəstəkləyir. Bizim vəzifəmiz isə Azərbaycanın və Azərbaycan xalqının rifahı naminə işləmək, ölkəmizin həqiqətlərini dünyaya çatdırmaq və onun maraqlarını informasiya məkanında təbliğ etməkdir. Azərbaycana qarşı başlanmış informasiya müharibəsi cəbhədə gedən döyüşlərdən heç də az sərt deyil. Biz jurnalistlər bu müharibədə Sizin əsgərlərinizik və ordumuz kimi sonadək möhkəm dayanmağa hazırıq. Bir daha çox sağ olun, cənab Prezident.

Hörmətlə,

Tarıverdiyeva Leyla Cavad qızı

“day.az” saytının redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.