24 iyul 2020, 16:20

Sahil Kərimlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə məni '“Əməkdar jurnalist” fəxri adına layiq görməyiniz mənə əvəzsiz fəxr və qürur hissi yaşatdı. Fəaliyyətimə böyük qiymət verdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Möhtərəm cənab Prezident, Siz həmişə Azərbaycan mətbuatına xüsusi diqqət və qayğı göstərmisiniz. Kütləvi İnformasiya Vasitələrinin inkişafına ayırdığınız çoxsaylı dövlət yardımları, mətbuat işçilərinin mənzil-məişət problemlərinin həlli, jurnalistlərin fəxri adlar, dövlət mükafatları ilə təltif edilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyil ki, Siz jurnalistləri öz köməkçiləriniz adlandırırsınız. Sizin bu Ali etimadınız üzərimizə böyük məsuliyyət, şərəfli vəzifələr qoyur, daha əzmlə işləməyə yeni stimul və ruh verir. Sizi əmin etmək istəyirəm ki, mən də gələcək fəaliyyətimdə bu etimadı var gücümlə doğruldacağam.

Hörmətlə,

Sahil Kərimli

“Trend” Analitik İnformasiya Agentliyinin Baş redaktorunun müavini

Azərbaycan Respublikası, Bakı şəhəri.