24 iyul 2020, 12:45

Orxan Mustafayevdən, Yardımlı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması bizi necə narahat etmişdisə, güclü və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın düşməni cavab atəşi ilə susdurması bir o qədər fərəhləndirdi. Biz gənclər Sizə daim inanır, güvənir və yürütdüyünüz siyasəti dəstəkləyirik. Ölkəmizin ərazi bütövlüyünü hər zaman qoruya bilən güclü, sarsılmaz, qüdrətli və rəşadətli ordumuz var. Siz isə xalqın dayağı, onun xoşbəxt gələcəyinin etibarlı qarantısınız. Allah Sizi qorusun, cənab Prezident.

Hörmətlə,

Mustafayev Orxan Mehralı oğlu

Azərbaycan Respublikası, Yardımlı rayonu.