Qaşqay Ramazanovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi ilə əlaqədar 22 iyul 2020-ci il tarixində imzaladığınız “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamınız mənə ikiqat bayram sevinci bəxş etdi.
Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərimi yüksək qiymətləndirərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı çatdırmaq istəyirəm. Səmimi olaraq bildirirəm ki, dövlət başçısı tərəfindən təltif olunmağım müstəqil dövlətimizin gələcəyi naminə daha böyük əzmlə və həvəslə çalışmağım üçün stimul verir. Eyni zamanda, Azərbaycan mətbuatında uzunmüddətli fəaliyyətimə verdiyiniz dəyərə görə dərin məmnunluq hissi keçirir və bu təltifi çalışdığım “Yeni Azərbaycan” qəzetinin kollektivinə göstərilən diqqət və qayğının təzahürü hesab edirəm.
Hörmətlə,
Ramazanov Qaşqay Ziyəddin oğlu
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı
Azərbaycan Respublikası, Bakı şəhəri.