23 iyul 2020, 16:35
Lalə Məmmədovadan, Samux, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin qətiyyətli addımlarınız və qəbul etdiyiniz qərarlar bu gün xalqımızın qarşılaşdığı hər bir problemin həllində öz rolunu oynayır.
Bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən düşmən təxribatlarının qarşısının qətiyyətlə alınması ordumuzun nə qədər güclü olmasını sübut edir. Biz ordumuzun göstərdiyi şücaətdən ruhlanaraq, hər zaman olduğu kimi, bu gün də Sizin əmrinizi gözləyir və Sizin iradənizə inanırıq.
Hörmətlə,
Lalə Məmmədova
Azərbaycan Respublikası, Samux rayonu.