Yermantay Sultanmuratdan, Qazaxıstan
Hörmətli cənab Prezident.
Türk Birliyinin üzvü olan qardaş Azərbaycana qarşı xain təxribatların bir daha şahidi olduq. 30 illik münaqişə nəticəsində yaşadıqları uğursuzluqları, xalqı idarə edə bilməməklərini, pandemiyaya qarşı acizliklərini ört-basdır etmək üçün bu yolu seçənlər başa düşməlidir ki, müasir Azərbaycan nəinki bir qarış torpağından vaz keçməyəcək, ona düşmən olanı sarsıdıcı zərbələrlə yox edəcək.
Erməni xalqı bilməlidir ki, onun gələcəkdə var olması Azərbaycanla xoş münasibətlərdən keçir. Bu münaqişə nəticəsində onlar heç nə əldə edə bilmədilər. Azərbaycanla yaxşı münasibətlər isə erməni kəndlisinə, sahibkarına azərbaycanlılarla yanaşı rifah qismət edə bilərdi.
Xalqınızın təmkini, səbri o demək deyil ki, münaqişə həll olunmamış qalacaq. Bu gün bütün dünya Azərbaycanın haqlı olduğunu bilir. Elə təkcə Orta Asiyadan Sizləri dəstəkləyən könüllülərin sayı yüz minləri keçir.
Haqq mübarizənizdə biz həmişə Sizinlə olmuşuq, bu gün də Sizinləyik. Azərbaycan Turanın bir hissəsi kimi bizim də Vətənimizdir. Sizin dərdiniz bizim kədərimizdir. Erməni vandalları başladıqları təxribatla məqsədlərinə çata bilməyəcəklər. Çünki həqiqət Sizinlədir, böyük Turan isə arxanızdadır. Biz birlikdə güclüyük. Ədalət zəfər çalacaq.
Hörmətlə,
Yermantay Sultanmurat
Akademik, “Türk Xalqlarının Ümumdünya Assambleyası” İctimai Təşkilatının prezidenti
Qazaxıstan Respublikası.