Samir Muradovdan, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Son bir neçə gündə cəbhə xəttində baş verən hadisələrdən, ordumuzun düşmənə verdiyi layiqli cavabdan sonra Azərbaycandakı xalq–iqtidar bir daha öz təsdiqini tapdı. Biz bir xalq olaraq hər zaman Sizin yanınızdayıq. Mən də bir vətəndaş olaraq, eyni zamanda, Yeni Azərbaycan Partiyasının könüllüsü, fəalı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək orduda könüllü xidmət etmək üçün qeydiyyatdan keçmişəm. Könüllü olaraq Vətənimə və ordumuza əlimdən gələn hər bir dəstəyi verməyə hazıram.
Vətənimizi qorumaq hər birimizin borcudur. Hər şey Vətən üçün! Hər birimiz əsgərik. Biz birlikdə güclüyük.
Hörmətlə,
Muradov Samir Asif oğlu, YAP Laçın rayon Gənclər Birliyinin üzvü.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.