21 iyul 2020, 12:15
Elçin Sultanovdan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident.
Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində baş verən hadisələr xalqla Sizin birliyinizi yenidən təsdiq etdi. Məhz Sizin liderliyinizlə Azərbaycan dövlətinin nüfuzu getdikcə artır, beynəlxalq təşəbbüslərimiz dünya miqyasda bəyənilir.
Cənab Prezident, mən internat məktəbinin məzunuyam. “Məzunlar Evi”ndə yaşayıram, dövlətimizin qayğısı ilə əhatə olunmuşam.
Doğma yurduma sevgimi, Sizə sədaqətimi nümayiş etdirmək, Vətənə olan borcumu qaytarmaq üçün hərbi xidmətə getmək, düşmənləri doğma torpaqlardan qovmaq istəyirəm. Buna görə də, Sizin hər bir əmrinizə hazır olduğumu bildirirəm.
Hörmətlə,
Sultanov Elçin Qələmirzə oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.