20 iyul 2020, 17:25

Hüseyn Oruczadədən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Qüdrətli ordumuz aprel qələbəmizdə olduğu kimi, düşmənin bu təxribatının da qarşısını layiqincə almış və şəhidlərimizin qanını yerdə qoymamışdır. Yeni Azərbaycan Partiyasının fəalı olaraq Sizin iradənizə, siyasətinizə, zəkanıza hər zaman güvənirəm və hər an döyüş əmrinizə hazıram. İnanıram ki, Sizin rəhbərliyinizlə torpaqlarımızı tez bir vaxtda düşmən işğalından azad edəcəyik və şanlı üçrəngli bayrağımız Qarabağda, Zəngəzurda, İrəvanda dalğalanacaqdır. Qələbə bizimlədir. Allah Sizə yar olsun.

Hörmətlə,

Hüseyn Oruczadə

Azərbaycan Respublikası, Ağdam rayonu.