20 iyul 2020, 17:05
Canəli Hörmətovdan, Qusar, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Son günlər Tovuz rayonu istiqamətində baş verən hadisələr Qusar rayonunda yaşayan Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin narahatlığına səbəb olmuşdur. Biz - Qusarda yaşayan Qarabağ müharibəsi iştirakçıları müharibə başladığı təqdirdə torpaqlarımızın azadlığı və bütövlüyü naminə ön cəbhədə döyüşməyə hazırıq.
Dərin hörmətlə,
Canəli Hörmətov
Azərbaycan Respublikası, Qusar rayonu.