20 iyul 2020, 15:15

Muxtar Bağırovdan, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən ehtiyatda olan leytenant kimi Sizin "irəli" əmrinizi gözləyirəm. Bizim canımız da, qanımız da, başımız da bu Vətənə, bu millətə qurbandır. Mən də bu xalqın nümayəndəsi kimi, daim Sizin yanınızdayam və həmişə də yanınızda olacağam. Siz bizim əvəzedilməz Liderimizsiniz.

Cənab Ali Baş Komandan, bu millət, bu xalq hər vaxt Sizin yanınızdadır. Biz Sizin üçün canımızı da verməyə hazırıq. Allah Sizə, dövlətimə və xalqıma uzun ömür versin.

Hörmətlə,

Muxtar Bağırov

Azərbaycan Respublikası, Naxçıvan şəhəri.