20 iyul 2020, 15:05

Aqil Bəşirovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident.

Son günlər cəbhə xəttində baş verən hadisələrdə Azərbaycan ordusu təxribatçı düşmənə layiqli cavab verməklə ordumuzun nəyə qadir olduğunu bir daha dünyaya sübut etmiş oldu. Azərbaycan ordusu bir daha öz üstünlüyünü göstərdi. Baş vermiş hadisələr, qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalq iqtidar arasındakı birliyi bir daha göstərmiş oldu. Ordumuzun bugünkü uğuru Sizin hər zaman ordu quruculuğuna böyük diqqət və qayğı göstərməyinizin bariz nümunəsidir. Biz Sizə hər zaman inanmışıq və bu gün də inanırıq. İnanırıq ki, rəhbərliyiniz və uzaqgörən siyasətinizlə Vətənimizin ərazi bütövlüyü tez bir zamanda bərpa olunacaqdır.

Cənab Ali Baş Komandan, Sizin xarici və daxili siyasətinizi bəyənirik və biz biləsuvarlılar hər zaman yanınızda bir yumruq kimi birləşirik. Sizi əmin edirik ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda hər an ön cəbhədə döyüşməyə hazırıq. Ordumuzla və Sizinlə qürur duyuruq.

Hörmətlə,

Aqil Bəşirov

Azərbaycan Respublikası, Biləsuvar rayonu.