20 iyul 2020, 11:45

Nuhəli Kərimovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Hər zaman olduğu kimi, bu gün də Azərbaycan xalqının yanındasınız, torpaqlarımızın düşmən işğalından azad olması üçün əlinizdən gələni edirsiniz.

Apardığınız qətiyyətli siyasət nəticəsində işğalçı Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətmək istədiyi növbəti təxribatın qarşısı güclü ordumuz tərəfindən sərt şəkildə alınıb və düşmən çoxsaylı canlı qüvvə və zirehli texnika itirərək, geri çəkilməyə məcbur olub.

Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik, apardığınız xeyirli, gərəkli siyasətə “hə" demişik və bundan sonra da belə olacaq. İnanırıq ki, Vətənini, millətini sevən hər bir Azərbaycan vətəndaşı Sizin yanınızdadır və əminik ki, işğal olunan torpaqlarımız Sizin rəhbərliyinizlə tezliklə azad ediləcək, qaçqın və köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq.

Sizə müstəqil dövlətimizin daha da gücləməsı, xalqımızın sabitlik və təhlükəsizlik şəraitində yaşaması naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Nuhəli Kərimov

Kərimovlar nəslinin ağsaqqalı, “Azərbaycan fermeri” qəzetinin baş redaktoru

Azərbaycan Respublikası, Saatlı rayonu, Azadkənd kəndi.