Svetlana Əzizovadan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz Tərtər rayonunda düşmənlə təmas xəttində yaşayırıq. Tərtər rayonunda elə bir küçə, elə bir ev yoxdur ki, oradan Vətənin müdafiəsinə oğul yola salınmasın. Ərazi bütövlüyümüz uğrunda şəhidlərimiz də var. Qazilərimiz də müharibənin hər ağrı-acısını yaşayıblar. Döyüş görmüş insanlarıq. Nankor qonşularımız yaşayış məntəqələrimizi həmişə atəşə tutub, evlərimiz dağılıb, amma bir qarış da torpaq verməmişik. Tərtər düşmənə həmişə göz dağı olub. Bu gün Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin törətdiyi təxribatlara Sizin rəhbərliyinizlə tutarlı cavablar verilir. Biz tərtərlilər Sizi, ordumuzu dəstəkləyir, qürur duyuruq. Allah ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Məkrli qonşularımız öz məğlubiyyətlərini görüb, yeni təxribatlara əl atırlar. Düşmən əsgəri səngərdən, döyüşdən qaçır. Bizim oğullarımız isə döyüşə getmək üçün könüllü olaraq müraciət edirlər. İstər əhalinin, istər ordunun əhval-ruhiyyəsi yüksəkdir. Çünki, Prezidentimiz, Ali Baş Komandanımız xalqla birgə, generallarımız öz cəbhədə əsgərlərlə birlikdədir. Biz qələbəyə, Ali Baş Komandana, Azərbaycanın güclü və nizamlı ordusuna inanırıq. Tanrı Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Svetlana Əzizova
Azərbaycan Respublikası, Tərtər rayonu.