17 iyul 2020, 19:00

Arif İsmayılov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Son günlər Ermənistanla sərhəddə baş verən hadisələr bizi çox hiddətləndirmişdir. İgid oğullarımızın şəhid olması xəbəri bizi daha çox sarsıdır. Dərd-sərimizin unudulduğu, yaralarımızın sağaldığı bir vaxtda belə acı xəbərlər eşitmək həqiqətən çox ağırdır. Əminik ki, hadisələrin sonluğu bu dəfə də Sizin təmkinli qərarlarınız nəticəsində dövlətimiz üçün uğurla nəticələnəcəkdir. Bütün xalqımız kimi, biz də şəhid olan mərd oğullarımızın ruhuna Ulu Tanrıdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı veririk. Vətən sağ olsun. Mənfur düşmənlərimizin bu təxribatı bəzi dırnaqarası “vətənpərvərləri” öz çirkin əməllərini həyata keçirməyə həvəsləndirmişdir. Xalqımızın bu çətin günlərində dövlətə, xalqa dəstək olmaq əvəzinə, elimizin igid oğullarının arxasında gizlənərək təxribat xarakterli çağırışlar etmələri düşmən dəyirmanına su tökmək kimi bir əməldir. Xalqımız bu adamların niyyətlərini çox yaxşı bilir və təxribatlara uymur.

Biz əminik ki, yaxın vaxtlarda yaranmış bu gərginlik ordumuzun apardığı qətiyyətli tədbirlər nəticəsində aradan qalxacaq, şəhidlərimizin qanı alınacaqdır. Bu işlərdə xalqımıza birlik, dözüm, Sizə isə, cənab Ali Baş Komandan, yeni uğurlar arzulayırıq.

Göyçay rayonu Ləkçiplaq kəndinin şəhid və Qarabağ müharibəsi

əlilləri və ailələri adından dərin hörmətlə,

Arif İsmayılov və başqaları.

Azərbaycan Respublikası, Göyçay rayonu, Ləkçiplaq kəndi.