Yeganə Məmmədovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Sizin məqsədyönlü siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın Lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Sizə inamıdır. Azərbaycan gəncləri Sizin ətrafınızda sıx birləşib. Sizin ordumuzun inkişafına daim qayğı göstərməyiniz, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməyiniz sayəsində güclü ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var.
Dərin hörmətlə,
Yeganə Məmmədova
Azərbaycan Respublikası, Bakı şəhəri.