16 iyul 2020, 18:00
Babək Abbasovdan, Laçın, Azərbaycan
Hörmətli cənab Prezident.
Erməni hərbçilərinin yenidən atəşkəsi pozaraq ağır artilleriyadan istifadə etməklə Azərbaycan-Ermənistan sərhədini pozmağa cəhd etməsi, döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirdi. Qüdrətli ordumuzun, qəhrəman zabit və əsgərlərimizin sayəsində erməni təxribatının qarşısı yenə də layiqincə alındı, mənfur düşmən üzüqara geri oturduldu.
Hörmətli cənab Prezident, Yeni Azərbaycan Partiyasının gənc üzvü kimi döyüşməyə, torpaqlarımızı azad etməyə hər an hazıram. Sizin yürütdüyünüz siyasətə tam güvənirik, inanırıq və Sizi dəstəkləyirik. Daim Sizin yanınızdayıq. Biz birlikdə güclüyük.
Hörmətlə,
Abbasov Babək Maarif oğlu
Laçın rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Laçın rayonu.