16 iyul 2020, 17:40

Xanoğlan Vəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin bütün ictimai-siyasi fəaliyyətiniz xalqın milli maraqlarına əsaslanır. Siz insanların rifah halının ildən-ilə yaxşılaşmasına çalışırsınız.

Sizin prinsipial, qətiyyətli siyasətiniz sayəsində Azərbaycan dövləti, həmçinin ordumuz son dövrlər şərəfli inkişaf yolu keçmişdir.

Cənab Prezident, Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyir, ehtiyatda olan zabit kimi döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirirəm.

Hörmətlə,

Vəliyev Xanoğlan

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.