16 iyul 2020, 16:50

Ümid Mahmudovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Hazırda xalqımızda böyük əzm, ruh yüksəkliyi var. Bu ruh yüksəkliyi, xalqla dövlət arasında olan birlik bizi qələbəyə yaxınlaşdırır.

Hazırda Ordumuz rəşadət göstərir, əzmlə döyüşür, xalq isə ordunun arxasında olduğunu göstərir, qələbə üçün hər bir fədakarlığa hazırdır.

Mən də xalqımızın bir nümayəndəsi kimi Vətənin müdafiəsinə hazıram və əmrinizi gözlədiyimi bildirirəm.

Hörmətlə,

Mahmudov Ümid Mehralı oğlu

Azərbaycan Respublikası, Saatlı rayonu, Şirinbəy kəndi.