16 iyul 2020, 16:30
Malik Mürşüdovdan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar aparılması və xalqın rifahının yüksəldilməsi sahəsində mühüm addımlar atırsınız. Daxili və xarici siyasətinizin uğurla aparılması ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.
Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələri diqqətdə saxlayıb onlara qayğı göstərdiyinizə görə öz adımdan və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm.
Sizinlə fəxr edirik. Ucqar dağlıq ərazidə yaşasaq da, qayğınızı daim hiss edirik.
Allah Sizi qorusun.
Hörmətlə,
Mürşüdov Malik Vidadi oğlu
Azərbaycan Respublikası, Şəki rayonu, Baş Göynük kəndi.