15 iyul 2020, 19:15

Samir Hüseynzadədən, Zaqatala, Azərbaycan

Cənab Ali Baş Komandan.

Azərbaycan Ordusu gücünü, hərbçilərimiz rəşadət və cəsarətini düşmənə bir daha əyani surətdə nümayiş etdirdi. Hadisələr həm də erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifin, bu cür iddiaların heç bir əsası olmadığını növbəti dəfə göstərdi. Biz - YAP gəncləri əmrinizi gözləyirik. Sizin iradənizə arxalanırıq - #Hərbirimizəsgərik.

Hörmətlə,

Hüseynzadə Samir

YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin üzvü

Azərbaycan Respublikası, Zaqatala rayonu.