15 iyul 2020, 18:25
Ramazanov Vüsaldan, Zaqatala, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan. Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa və hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hər bir vətəndaşımız yaxşı bilir ki, Azərbaycanın güclü dövləti, güclü ordusu var. Cənab Ali Baş Komandan, döyüş təcrübəsi olan zabit və əsgərlərimiz hər zaman Sizinlədir. Biz Sizə inanır və güvənirik. Əmrinizi gözləyirik, cənab Ali Baş Komandanımız!
Hörmətlə,
Vüsal Ramazanov
YAP Zaqatala rayon təşkilatının fəalı
Azərbaycan Respublikası, Zaqatala rayonu.