15 iyul 2020, 18:20

Cahangir Qasayevdən, Qax, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan. Bu gün bütün Azərbaycan xalqı Sizinlədir. Mən və mənim kimi yüzlərlə gənc sizin səfərbərlik əmrinizi gözləyirik. Sizin əmrinizlə düşmənlə vuruşmağa hazıram. Sizi əmin edirəm ki, müqəddəs Vətən torpağının işğaldan azad edilməsi üçün Qarabağa gedib son damla qanıma qədər vuruşmağa hazıram.

Biz sizə inanırıq və əminik ki, düşmən üzərində qələbə çalacağıq - #hərbirimizəsgərik .

Hörmətlə,

Qasayev Cahangir Asif oğlu

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının üzvü

Azərbaycan Respublikası, Qax rayonu.