15 iyul 2020, 14:30

Xatirə Qurbanəliyevadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Son günlərdə Tovuz rayonunun sərhəd ərazilərində baş verən erməni təxribatları Azərbaycan gənclərində həm kədər hissi oyatdı, həm də şücaətimizi artırdı. Azərbaycan Respublikasının ərazilərinin vahidliyi uğrunda öz canını, qanını düşünmədən düşmənlə mübarizədə ortaya qoyan, düşmənin məkirli əməlləri qarşısında qəhramancasına döyüşən igid Vətən övladlarımızın olduğunu görmək Azərbaycan gənclərini qürurlandırdı, fərəhləndirdi, vətənpərvərlik ruhunu daha da çox gücləndirdi.

Bu məktubla Yeni Azərbaycan Partiyasının Şəki şəhər Təşkilatının Gənclər Birliyinin fəalı olaraq bildirmək istəyirəm ki, biz YAP gəncləri Sizin əmrinizi gözləyir, Sizin iradənizə inanır, apardığınız daxili və xarici siyasəti sonuna qədər dəstəkləyirik.

Hörmətlə,

Xatirə Qurbanəliyeva

Azərbaycan Respublikası, Şəki şəhəri.