14 iyul 2020, 16:15

Araz Hüseynovdan, Salyan, Azərbaycan

Cənab Ali Baş Komandan.

Bu gün müstəqil Azərbaycan qüdrətli orduya malikdir. Ordumuzun güclənməsi, dövlət və xalq üçün vacib amildir. Ordumuz bu gün Azərbaycanın müstəqilliyinə yönələn hər hansı bir təhdidə yüksək səviyyədə cavab verməyə qadirdir. 2016-cı ilin aprel zəfəri bütün dünyaya Azərbaycanın gücünü, Azərbaycan Ordusunun nəyə qadir olduğunu, Vətən torpaqları üçün hər kəsin canından keçmək əzmini sübut etdi. Azərbaycan Ordusu bu gün də düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.

Cənab Prezident, bütün bunlar Sizin həyata keçirdiyiniz uğurlu siyasətin, ordu quruculuğu istiqamətində gördüyünüz işlərin nəticəsidir. Məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. Qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı hər an azad etmək iqtidarındadır. Biz Salyan gəncləri Sizin əmrinizi daim gözləyirik və Sizin iradənizə güvənirik.

Hörmətlə,

Araz Hüseynov

Azərbaycan Respublikası, Salyan rayonu.