13 iyul 2020, 15:00

Vüsal İbrahimovdan, Şəki, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Ölkəmizdə əhalinin sağlamlığı, güzəranı, rifahının yaxşılaşdırılması daim Sizin diqqətinizdədir. Biz yaxşı bilirik ki, Sizin kimi Prezidentimiz varsa, hər bir çətinliyin öhdəsindən gələcəyik.

Əziz Prezidentimiz, mən və ailəm Sizinlə fəxr edir, Sizə güvənirik. Ölkəyə rəhbərlik etdiyiniz gündən həmişə Azərbaycan xalqının yanındasınız və xalqın sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını yaxşılaşdırmaq üçün əlinizdən gələni edirsiniz.

Pandemiya şəraitində isə ölkə vətəndaşlarının sağlamlığını hər şeydən üstün tutdunuz.

Sizin sayəsində ölkəmiz bütün çətinliklərin öhdəsindən uğurla gəlir.

Allah Sizi və ailənizi qorusun, kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Bu çətin və şərəfli yolda Sizə yeni nailiyyətlər və möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

İbrahimov Vüsal Məhərrəm oğlu

Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.