Hüseyn Budaqovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. 1993-cü ildə Heydər Əliyev ümummilli lider olaraq Azərbaycanı təhlükələrdən xilas etdi.
Dünyanı təşvişə salan, sərhəd tanımayan koronavirus pandemiyası ölkəmizdən yan keçmədiyi zamanda Ulu Öndərimizin siyasi varisi kimi Siz bu missiyanı inamla və uğurla yerinə yetirdiniz. Məhz Sizin vaxtında verdiyiniz qərarlar sayəsində respublikada pandemiya ilə mübarizə məsələsi tam nəzarətə götürüldü. Təsadüfi deyil ki, Sizin uzaqgörən, məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan koronovirusla mübarizədə xeyli uğurlar əldə etdi.
Siz pandemiya şəraitində ölkə vətəndaşlarının sağlamlığı ilə yanaşı karantin rejimindən zərər çəkən insanları, xüsusən kiçik sahibkarları, muzdla çalışanları, işsizləri və əhalinin digər həssas təbəqələri də yaddan çıxarmadınız. Tərəddüd etmədən, əhalinin sosial müdafiəsi və məşğulluğu ilə bağlı verdiyiniz qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Xalq bir daha hər zaman vətəndaşın yanında olan Prezidentinin xilaskarlıq missiyasının şahidi oldu.
Cənab Prezident, Sizin sayənizdə çətin günlər arxada qalacaq, Azərbaycan daha da güclü olacaq.
Hörmətlə,
Budaqov Hüseyn Tağı oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.