13 iyul 2020, 12:00

Nazim Məmmədovdan, Zaqatala, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası nəinki COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı olduğu bir dövrdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsinə nail oldunuz və bununla da tarixi hadisənin yaşanmasına növbəti dəfə imza atdınız. Bütün bunlar göstərdi ki, Azərbaycan dövləti, onun Lideri ən çətin situasiyalarda belə düşünülmüş, gələcəyə və nikbinliyə, optimizmə yönəlmiş addımların atılmasına, qərarların verilməsinə hazır və qadirdir. Xalqımız bir daha əmin oldu ki, Prezidenti və dövləti hər zaman onun yanındadır. Sizinlə qürur duyur və bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasət nəticəsində koronavirus bəlasından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik.

Hörmətlə,

Məmmədov Nazim Bəşir oğlu

Azərbaycan Respublikası, Zaqatala şəhəri.