11 iyul 2020, 14:30

Aidə Abasovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

İnsanlığa təhlükə olan koronavirus infeksiyası ölkəmizdən də yan keçmədi.

Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar, diqqət və qayğınız sayəsində biz sadə vətəndaşlar pandemiyadan daha az zərər gördük.

Mən də bu qayğıdan yararlandım. Xüsusi karantin rejimi dövründə ictimai işə cəlb olunmağım mənim və ailəmin böyük sevincinə səbəb oldu.

Siz hər zaman Azərbaycan vətəndaşını qorumusunuz, hər birimizə dayaq olmusunuz, Bu dəstəyə görə, Sizə minnətdarlığımı bildirir, Azərbaycanın davamlı inkişafı yolunda yeni uğurlar, ən əsası isə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Abasova Aidə Elşad qızı

Azərbaycan Respublikası, Salyan rayonu.