Necdət Ünüvardan, Ankara, Türkiyə
Hörmətli Prezidentim.
Yüksək təqdirlərinizlə Azərbaycanın “Dostluq” ordeni ilə şərəflənməyim, bu ordenə layiq görülməyim həm mənim, həm də ailəm üçün böyük bir şərəfdir.
Zati-alilərinizə bu böyük qiymətə görə təşəkkür edir və minnətdarlığımı bildirirəm.
Mənə göstərdiyiniz bu böyük şərəflə indiyə qədər olduğu kimi, bundan sonra da Türkiyə ilə Azərbaycan arasında qardaşlığın və dostluğun inkişafına və güclənməsinə töhfə verməyə davam edəcəyimi bilməyinizi istəyirəm.
Bununla bütün gücüm və səmimiyyətimlə etimad və güvəninizə layiq olmağa çalışacağam.
Bir daha ən səmimi təşəkkürlərimi çatdırır, ali şəxsiyyətinizin timsalında Zati-alilərinizə minnətdarlığımı və ehtiramımı bildirirəm.
Dərin hörmətlə,
Prof. Dr. Necdət Ünüvar
Türkiyə Respublikasının Prezidenti yanında Səhiyyə və Ərzaq Siyasəti Şurasının Üzvü
Türkiyə Respublikası, Ankara şəhəri.