08 iyul 2020, 15:00

Fazilə Əliyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyada koronavirus pandemiyasının baş verdiyi zamanda Sizin Gəncəyə səfər etməyiniz bir daha sübut edir ki, xalqın yanındasınız.

Sizin hər səfəriniz unudulmaz və əlamətdar olur. Siz hər zaman Gəncənin inkişafına, abadlığına, tarixinin təbliğinə diqqətlə yanaşmısınız. Buna görə də, Gəncə ölkənin əsas iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib. Biz, məhz Sizin yüksək diqqətiniz və qayğınız sayəsində bunlara nail olmuşuq. Ölkədə ərzaq probleminin həllində önəmli rola malik olan kənd təsərrüfatının elmi əsaslarla inkişafında həmişə mühüm rolu olmuş Azərbaycan Dövlət Aqrar Universiteti son illər tamamilə yenidən qurulur. Bu, Sizin diqqətinizin nəticəsidir. Odur ki, bizim üçün yaratdığınız bu şəraitə görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun.

Hörmətlə,

Fazilə Əliyeva

Azərbaycan Dövlət Aqrar Universitetinin ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi

Azərbaycan Respublikası, Gəncə şəhəri.-