Əfqan Həsənovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi bütün şirvanlılar və Şirvan gəncləri adından səmimi qəlbdən salamlayıram. Sizə xalqımızın sosial rifah halının yaxşılaşdırılması, dövlətimizin daha da inkişafı istiqamətində gördüyünüz işlərdə uğurlar arzu edirəm. Hazırda koronavirus pandemiyası bütün dünya ölkələrini çətin vəziyyətə salıb. Ölkəmizdə də virusun mənfi izlərini görürük. Lakin danılmaz faktdır ki, məhz Sizin uzaqgörən fəaliyyətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində Azərbaycan bu pandemiyadan minimum zərərlə çıxmağa doğru gedir. Son günlərdə koronaviruslu xəstələrin müalicəsi üçün açılan modul tipli xəstəxanalar Sizin vətəndaşlarımızın sağlamlığına nə qədər dəyər verdiyinizin və xalqımızı qoruduğunuzun nümunəsidir.
Cənab Prezident, Siz hər bir addımınızla xalqımızın yanında olduğunuzu sübut edir və hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha təsdiqləyirsiniz. Azərbaycan xalqının rifahı, ölkəmizin inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində gördüyünüz işlərdə Sizə müvəffəqiyyətlər arzu edir, dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirərək Allahdan Sizə möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Şirvan Gənclər Evinin kollektivi adından dərin hörmətlə,
Əfqan Həsənov
Azərbaycan Respublikası, Şirvan şəhəri.