Qabil Mehdiyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığınız Sərəncam ölkə mediasına verdiyiniz böyük dəyərin və etimadın növbəti nümunəsidir. Jurnalistlərin dostu olaraq, Siz həmişə mətbuatımızın yanında olmusunuz, milli jurnalistika ənənələrimizin yaşadılmasına və inkişaf etdirilməsinə böyük töhfə vermisiniz. Ölkə mediasına dəstəyiniz idman jurnalistikasını da Sizin qayğınızdan kənarda qoymur. İdman Jurnalistləri Federasiyasının fəaliyyətə başlaması da Sizin bu sahəyə diqqət və qayğınızdan irəli gələrək, bədən tərbiyəsi və idmanın kütləviliyinin təbliğinə, idman mediasının inkişafına xidmət edir. Biz - idman jurnalistləri Sizin Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi uğrunda apardığınız mübarizəni, ölkə daxilində və xaricində gördüyünüz işləri və atdığınız bütün addımları bundan sonra da dəstəkləyəcəyimizi bir daha bəyan edirik.
Sonda bir daha İdman Jurnalistləri Federasiyası İctimai Birliyinin üzvləri, bütün idman jurnalistlərimiz adından mətbuata göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Mehdiyev Qabil Sabir oğlu
İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.-