08 iyul 2020, 11:00

Pyotr Kalugindən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin kimi müdrik və ağıllı rəhbərimiz olduğu üçün sadə Azərbaycan vətəndaşı olaraq qürur duyuram və gördüyünüz işlərə görə Sizə səmimi qəlbdən minnətdarlıq bildirmək istəyirəm.

Bu çətin və qayğılı günlərdə Siz xalqın qayğısına qalır, vətəndaşlara bütün sahələrdə dəstək verirsiniz.

Ölkə rəhbərimizin Sizin kimi ləyaqətli insan olması hamının ürəyincədir. Siz həm də ulu öndər Heydər Əliyevin işlərinin ləyaqətli davamçısınız.

Bütün bunlara görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Qoy uca Allah Sizi bütün çətinliklərdən qorusun.

Hörmətlə,

Kalugin Pyotr

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi.