07 iyul 2020, 13:30

Rauf Zeynalov və Ləman Salayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bizim minnətdarlığımız koronavirus dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədardır. İlk növbədə onu deyək ki, səhiyyə sahəsində yaradılmış möhkəm maddi-texniki baza bu çətin günlərdə köməyimizə çatdı. Ölkənin səhiyyə müəssisələrində xəstələrin yerləşdirilməsi, onlara lazımi qaydada xidmət göstərilməsi təqdirəlayiq haldır.

Siz bu dövrdə həssas qrupa aid ailələri də yaddan çıxarmadınız. Onlara birdəfəlik ödəmə verilməsini, belə ailələrin üzvü olan tələbələrin təhsil haqqının ödənilməsini təmin etdiniz. Biz özümüz də bu imkanlardan yararlanan vətəndaşlarıq.

Cənab Prezident, dualarımız hər zaman Sizinlədir. Çox sağ olun.

Hörmətlə,

Zeynalov Rauf Fikrət oğlu

Salayeva Ləman Nəriman qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.