Emin Mirzəyevdən, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ölkəmizdə həyata keçirdiyiniz çoxşaxəli siyasətiniz sayəsində Azərbaycan uğurlu inkişaf yolundadır və dünya ölkələri sırasında ön yerlərdədir. Bu, bir Azərbaycan vətəndaşı kimi məni qürurlandırır. Kənd təsərrüfatı sahəsində çalışan bir insan kimi Sizin bu sahənin inkişafına göstərdiyiniz diqqət və qayğını minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm. Bu qayğı sayəsində fermerlər çoxsaylı güzəştlərlə əhatə olunurlar. Kənd təsərrüfatı sahəsinin vergilərdən azad olunması, gübrələrin və texnikaların fermerlərə güzəştli şərtlərlə verilməsi sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlıq yüksək həddə çatıb.
Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində biz kəndlilər torpaq sahibi olmuşuq. Ulu Öndər hər bir kənd sakininə pay torpağı verdi. Bunun hesabına kəndlilər öz məşğulluğunu təmin etdi, onların maddi rifah halı yaxşılaşdı. Bu gün də fermerlər öz torpaq sahələrində həvəslə çalışır və güzəranlarını təmin edirlər.
Əziz Prezidentimiz, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə uğurlu fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Mirzəyev Emin Arif oğlu, “Zöhrab” kəndli-fermer təsərrüfatının rəhbəri.
Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi.