02 iyul 2020, 14:00
Sidiqə Məmmədovadan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə fədakar əməyimə görə məni “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Ölkəmizdə və bütün dünyada koronavirusla mübarizə aparıldığı bir dövrdə, işlərinizin çox gərgin bir vaxtında biz veteranları yaddan çıxarmadığınıza görə Sizə “çox sağ olun” deyirik. Ulu Tanrı Sizi, ailənizi və xalqımızı heç vaxt nəzərdən salmasın. Biz veteranların, ağbirçəklərin xeyir-duası həmişə Sizinlədir.
Hörmətlə,
Məmmədova Sidiqə Əbdürəhman qızı
Azərbaycan Respublikası, Şəki rayonu, Qoxmuq kəndi.