Azad Bayramovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, Universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir. İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insanın işlə təmin olunmasına şərait yaradacaqdır. Bütün bunlar üçün Sizə dərin minnətdarlıq edirəm. Var olsun müstəqil Azərbaycan, var olsun, əziz Prezidentimiz.
Hörmətlə,
Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Mustafa oğlu Bayramov
Azərbaycan Respublikası, Gəncə şəhəri.